“İnter” və “Milan” turu qələbə ilə başa vurub

“İnter” və “Milan” turu qələbə ilə başa vurub

Futbol üzrə İtaliya A Seriyasında 34-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Verona” doğma meydanda “Spetsiya”nı qəbul edib. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lider “İnter” “Krotone” səfərindən inamlı qələbə ilə dönüb.

Son üç turda qələbə qazana bilməyən “Milan” bu dəfə autsayderlər qrupunda yer alan “Benevento”nu sınağa çəkib və iki cavabsız qola sevinib.

İtaliya A Seriyası

34-cü tur

1 may

Verona – Spetsiya 1:1

Qol: Salsedo, 46 – Saponara, 86.

Krotone – İnter 0:2

Qol: Eriksen, 69. Hakimi, 90+2.

Milan – Benevento 2:0

Qol: H.Çalhanoğlu, 6. T.Ernandes, 60.

2 may

14:30 Latsio – Cenoa

17:00 Bolonya – Fiorentina

17:00 Napoli – Kalyari

17:00 Sassuolo – Atalanta

20:00 Udineze – Yuventus

22:45 Sampdoriya – Roma

3 may

22:45 Torino – Parma

Bütün xəbərlər Facebook səhifəmizdə