"Mançester Siti" 3 xalı 2 topla qazandı

"Mançester Siti" 3 xalı 2 topla qazandı

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb. SİA xəbər verir ki, "şəhərlilər" 33-cü turda "Kristal Pelas"la qarşılaşıb. Görüş Pep Qvardiolanın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 57-ci dəqiqədə Serxio Aquero açıb. Matçın yekun hesabını isə 59-cu dəqiqədə Ferran Torres müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, "Mançester Siti" bu qələbədən sonra xallarının sayını 77-yə çatdırıb və liderliyini daha da möhkəmləndirib. "Kristal Pelas" isə 38 xalla 13-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə