Dieqo Armando Maradonanın 25 Noyabr 2020-ci ildə ölümünü araşdıran tibb heyəti əfsanəvi futbolçuya lazımi tibbi yardım göstərilmədiyi və sağlamlığının "taleyin hökmünə atıldığı" qənaətinə gəlib.
SİA xəbər verir ki, Argentinanın rəsmi xəbər agentliyi TELAM-dakı xəbərə görə, San Isidro Prokurorluğunun Maradonanın ölümündə səhlənkarlıq olub-olmadığını ortaya çıxarmaq üçün başlatdığı istintaq daxilində araşdırma aparan 20 mütəxəssisdən ibarət səhiyyə komitəsi hesabat hazırlayıb.
Hesabatda Maradonanın son günlərində uyğun şərtlər altında xəstəxanada qalması halında daha uzun yaşaya biləcəyi ifadə edilib.
Tibbi qrupun müdaxilələri qeyri-kafi, natamam və məsuliyyətsiz idi
"Dieqo Armando Maradonaya baxan həkim qrupunun müdaxilələri qeyri-kafi, natamam və məsuliyyətsiz idi. Maradonanın sağlamlığı taleyin hökmünə buraxıldı"- deyə bildirilib.
Məruzədə Maradonanın ölümündən 12 saat əvvəl əziyyət çəkməyə başladığı, ona lazımi şəkildə tibbi dəstək verilmədiyi və həyati təhlükəsi olan simptomlara əhəmiyyət verilmədiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB