12 illik müqavilə

Lionel Messi 12 illik müqaviləni qəbul edib.

Barselona ilə müqaviləsinin sonuna gələn Lionel Messi, yeni müqavilə üçün prezident Laporta ilə görüşüb. Keçən yay Barselonadan ayrılmaq istədiyini və böyük bir böhran yaratdığını bildirən Lionel Messi, deyəsən yeni prezident Laportanın təkidi ilə bu fikirdən daşınıb. İspaniya mətbuatında yer alan xəbərlərə görə, argentinalı ulduz Prezident Laporta ilə axşam yeməyində görüşdü və komandada qalmaq istədiyini bildirdi.

“Rəqabətçi bir komanda istəyirik”

PSJ-nin yüksək qiymətli müqavilə hazırladığı Lionel Messinin Barselonada xoşbəxt olduğu, ancaq rəqabətçi bir komanda tələb etdiyi ifadə edilib.

Bu çərçivədə Barselonanın yayda yeni transfer edəcəyi və Dortmundun parlaq ulduzu Erling Haaland üçün şərtləri danışılacağı ifadə edildi.

2 İLLİK MÜQAVİLƏ + 10 İLLİK ÖDƏNİŞ MÜQAVİLƏSİ

33 yaşlı super ulduzun atasının Laporta ilə görüşü zamanı 2 illik bir yeniləmənin gündəmdə olduğu və bundan sonra uzun illər klubda qalmasına imkan verən bir sədaqət müqaviləsi imzalanacağı qeyd edildi.

Messinin, Barselonanın iqtisadi vəziyyətini nəzərə alaraq ilk ildə gəlirlərini yarıbayarı azaltmağa hazır olduğunu da vurğulayıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə