Rövnəq Abdullayev Azərbaycan çempionatını və Kubokun final matçını qiymətləndirdi
"Çempionat çox yüksək səviyyədə keçdi. Kubokun final oyununu da xüsusi qeyd edərdim. Qarşılaşma çox maraqlı və gərgin alındı". Siasport.az saytı xəbər verir ki, bu fikirləri AFFA-nın prezidenti Rövnəq Abdullayev NBC Bank Azərbaycan Kubokunun mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, final oyununun əsl futbol bayramı olduğunu, belə ab-havanın çox sevindirici olduğunu qeyd edib. AFFA prezidenti oyundan narazılıq etməyə heç bir səbəb olmadığını vurğulayıb: "Narazılıq olmamalıdır. Gördüyünüz kimi, tam şəffaf oyunun şahidi olduq və futbolçular "ədalətli oyun" qaydalarına əməl etdilər. Çox şadam ki, hər iki komandanın ifasında yüksək səviyyəli oyun izlədik".
R. Abdullayev Avrokuboklarda iştirak edəcək komandalarımızın hamısının yaxşı nəticələr əldə edəcəklərinə ümid etdiyini deyib."Fənərbağça"nın prezidenti Aziz Yıldırımla yanaşı oturmuşdunuz. Maraqlıdır, onunla hansısa mövzuda söhbətiniz oldu?", -sualına AFFA prezidenti belə cavab verib: "Bilirsiniz ki, "Fənərbağça" ilə çox yaxşı əlaqələrimiz var. 15 yaşlılardan ibarət yığmamız bu klubun bazasında uzun müddət təlim-məşq toplantısı keçirdi. Yıldırım da Azərbaycan futbolunun inkişafından danışır, irəliləyişin olduğunu bildirir".
O, Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı da açıqlama verib: "Futbolumuzun 100 illiyini iyunun 6-da qeyd edəcəyik. UEFA prezidenti Mişel Platini ilə FİFA prezidenti Yozef Blatter mərasimdə iştirak edəcəklər. Bu, bizim üçün fəxrdir. Onlar Azərbaycan futboluna, AFFA-ya hörmətlə yanaşırlar. Yubiley tədbirimizə qatılmaları bu hörmətin göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB