Ç.Fyorio Lekleri Alonsoya bərabər saymır

Ferrari-nin sabiq rəhbəri Çezare Fyorio gənc Şarl Leklerlə ikiqat Dünya Çempionu Fernando Alonsonu müqayisə edib. SİA xəbər verir ki, Fernando Alonso 2010-2014-cü illərdə Ferrari-də yarışmış və mükəmməl performans göstərmişdi. Hazırda Lekler də “qırmızılar” üçün çıxış edir və o da xüsusilə sıralanma turunda boliddən maksimumu alıb. Buna görə də əksəriyyət iki sürücünü müqayisə edir.

Çezare Fyorio: “Onu Alonso ilə müqayisə etmək doğru olmaz, çünki Lekler gənc olsa da və sıralanma turunda boliddən maksimumdan artığınl alsa da, yarışda səhvləri olur. Alonso isə orada yarışarkən daha az səhv edirdi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə