“Traktor” inamlı qələbə ilə qrup ikinciliyini təmin edib

“Traktor” inamlı qələbə ilə qrup ikinciliyini təmin edib

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunları keçirilib.

SİA xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Əl-Şərcə” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qalib ayrılıblar – 2:0. Hər iki qolu Məhəmməd Abbaszadə vurub. Qolların məhsuldar ötürməsini isə “Neftçi”nin sabiq yarımmüdafiəçisi Saman Nərimancahan verib.

Xatırladaq ki, “Traktor” bundan əvvəlki oyunlardan dördündə heç-heçə oynamış, birində qələbə qazanmışdı. Növbəti qələbə sayəsində təbrizlilər topladıqları 10 xalla B qrupunda 2-ci yeri tutublar. “Əl-Şərcə” isə 11 xalla lider olub. Özbəkistan “Paxtakor”u 7 xalla üçüncü, İraqı təmsil edən “Əl-Kuvə” isə 2 xalla sonuncu yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə