“Başakşəhər” turu qələbə ilə başa vurub, “Fənərbaxça” xal itirib

“Başakşəhər” turu qələbə ilə başa vurub, “Fənərbaxça” xal itirib

Futbol üzrə Türkiyə Super Liqasında 38-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə “Ərzurumspor”la qarşılaşan “Başakşəhər” turu qələbə ilə başa vurub. “Sivasspor” “Yeni Malatyaspor”a evdə, “Qaziantep” isə “Ankaragücü”nə səfərdə qalib gəlib.

Son üç oyunda qələbə qazanan “Fənərbaxça” bu dəfə “Alanyaspor”un qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası

38-ci tur

27 aprel

Hatayspor – Gənclərbirliyi 3:1

Qol: Abid, 8. Diuf, 51; 84 – Piris, 78.

28 aprel

Göztəpə – Trabzonspor 1:1

Qol: Yahoviç, 45+1 – Ekuban, 88.

Fatih Karagümrük – Antalyaspor 2:2

Qol: E.Albayrak, 13-öz qapısına. Borini, 24 – Fredi, 4. Amilton, 90+3.

Kayserispor – Dənizlispor 6:3

Qol: İ.Parlak, 18; 60. Avramovski, 26; 45+4. N.Paz, 51. M.Okutan, 90+4 – A.Sağal, 31. Mesanoviç, 81. S.Aytac, 90.

Qalatasaray – Konyaspor 1:0

Qol: E.Akbaba, 87.

Rizəspor – Beşiktaş 2:3

Qol: İ.Köybaşı, 87. Djokoviç, 89 – Nkudu, 16. G.Töre, 57. Gezzal, 75.

29 aprel

Ərzurumspor – Başakşəhər 1:2

Qol: E.Bassan, 5 – Şadli, 58-pen. Gulbrandsen, 84.

Sivasspor – Yeni Malatyaspor 1:0

Qol: J.Feliks, 88.

Alanyaspor – Fənərbaxça 0:0

Ankaragücü – Qaziantep 0:1

Qol: A.Souza, 85.

Bütün xəbərlər Facebook səhifəmizdə