Azarkeş avtomobil, 2 jurnalist isə notbuk qazandı-FOTOSESSİYA

Azarkeş avtomobil, 2 jurnalist isə notbuk qazandı-FOTOSESSİYA

NBC Bank Azərbaycan kubokunun \"İnter\" - \"Xəzər Lənkəran\" final oyunundan sonra uduşlu lotereya keçirilib. Siasport.az saytı xəbər verir ki, azarkeşlər arasında keçirilən lotereyada \"Renault Azərbaycan\" şirkətinin təqdim etdiyi Renault Logan avtomobilini Müşviq Süleymanov qazanıb. Bundan əlavə azarkeşlər arasında DVD pleyer, televizor və Mobitel zəmanətli Nokia X6 telefonunun uduşu keçirilib.

Qeyd edək ki, jurnalistlər arasında keçirilən lotereyada isə iki həmkarımız notbuk qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə