Münhenqladbax “Borussiya”sı rəqibini darmadağın edib

Münhenqladbax “Borussiya”sı rəqibini darmadağın edib

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Leypsiq” “Ştutqart”ı sınağa çəkib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Münhenqladbax “Borussiya”sı isə “Arminiya”nı qəbul edib. Bu oyunda da meydan sahibləri beş cavabsız qolla qalib gəliblər.

Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.

Almaniya Bundesliqası

31-ci tur

25 aprel

Leypsiq – Ştutqart 2:0

Qol: Haydara, 46. Forsberq, 67.

Borussiya (Mönhenqladbax) – Arminiya 5:0

Qol: Embolo, 6; 69. Turam, 1. Bensebaini, 18-pen. Plea, 84.

23 aprel

Auqsburq – Köln 2:3

Qol: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.

24 aprel

Frayburq – Hoffenhaym 1:1

Qol: Qrifo, 81 – Kramariç, 40.

Maynts – Bavariya 2:1

Qol: Burkardt, 3. Kayson, 37 – Levandovski, 90+4.

Union Berlin – Verder 3:1

Qol: Pohjanpalo, 50; 53; 67 – Selassie, 82.

Volfsburq – Borussiya (Dortmund) 0:2

Qol: Haland, 12; 68.

Bayer – Ayntraxt 3:1

Qol: Beyli, 70. Alario, 80. Demirbay, 90+1 – A.Silva, 90+1.

Bütün xəbərlər Facebook səhifəmizdə