Lion “Olimpik”i lider “Lill”ə Burak Yılmazın dublu sayəsində məğlub olub

Lion “Olimpik”i lider “Lill”ə Burak Yılmazın dublu sayəsində məğlub olub

Futbol üzrə Fransa çempionatında 34-cü tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Turnir cədvəlinin 3-cü sırasında yer alan və çempionluq mübarizəsi aparan “Monako”nun bu turdakı rəqibi “Anje” olub. Sözügedən komandaya səfərdə qələbə üçün bir qol bəs edib.

Turun mərkəzi görüşündə Lion “Olimpik”i lider “Lill”i qəbul edib. Beş qolun qeydə alındığı, Türkiyə millisinin hücumçusu Burak Yılmazın dubla imza atdığı oyunda qonaqlar çətin və əzmkar qələbəyə seviniblər.

Fransa Liqa 1

34-cü tur

23 aprel

Reyms – Olimpik (Marsel) 1:3

Qol: Mbuku, 38 – Payet, 41; 76. Milik, 45+1.

24 aprel

Sent-Etyen – Brest 1:2

Qol: Xazri, 11 – Şarbonye, 66; 79.

Mets – PSJ 1:3

Qol: Kentonze, 46 – Mbappe, 4; 59. İkardi, 89.

25 aprel

Nitsa – Monpelye 3:1

Qol: Budaui, 6. Todibo, 39. Maurise, 40 – Labord, 3.

Lans – Nim 2:1

Qol: Qanaqo, 17. Haydara, 76 – Z.Ferhat, 52.

Loryan – Bordo 4:1

Qol: Vissa, 18. Moffi, 20; 43; 80 – Sissoko, 83.

Renn – Dijon 5:1

Qol: Terrye, 15; 70. Tait, 71. Nyamsi, 80. Qrenye, 90+1 – Benzia, 8.

Strasburq – Nant 1:2

Qol: Ayorke, 43 – Kastelletto, 53. Blez, 76.

Anje – Monako 0:1

Qol: Ben Yedder, 79.

Olimpik (Lion) – Lill 2:3

Qol: Slimani, 20. Fonte, 35-öz qapısına – B.Yılmaz, 45+1; 85. David, 60.

Bütün xəbərlər Facebook səhifəmizdə