Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, bütün oyunlar eyni gündə gerçəkləşəcək.
Lider "Qarabağ" "Qəbələ"nin qonağı olacaq. Ağdam təmsilçisi 23 oyuna 47 xal toplayıb. "Qırmızı-qaralar" isə 24 xalla 5-ci pillədə qərarlaşıb. Bu, komandaların çempionatda 50-ci görüşü olacaq. Əvvəlki 45 qarşılaşmanın 25-də "köhlən atlar", 10-da isə meydan sahibləri qələbə qazanıb, 14 matçda heç-heçə qeydə alınıb. Topların fərqində də ölkə çempionu üstündür - 71:42. "Qəbələ" Premyer Liqadakı son 11 oyunda rəqibinə qalib gəlməyib. "Qarabağ" isə ardıcıl 10 matçdır meydanı qolsuz tərk etmir.
Günün ikinci matçında autsayder "Keşlə" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 20 xalla 8-ci sıradadır, qonaqlar isə 21 xalla 6-7-ci yerləri bölüşdürür. Bu, rəqiblərin 15-ci çempionat matçı olacaq. 7 oyunda "Səbail", 3-də isə "Keşlə" 3 xal əldə edib. Topların fərqi qonaq komandanın xeyrinədir - 17:12. "Səbail" Premyer Liqa son 6 oyunda rəqibə uduzmayıb. "Keşlə" 5 ev qarşılaşmasında xal qazanmayıb.
Çempionluğa iddialı digər komanda "Neftçi" "Sabah"la üz-üzə gələcək. Flaqman 46 xalla 2-ci pillədədir, meydan sahibləri 6-7-ci yerləri bölüşdürür. "Sabah" Premyer Liqadakı 10 matçın heç birində "Neftçi"ni məğlub edə bilməyib. Bu görüşlərin yalnız birində heç-heçə qeydə alınıb. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 21:3.
Günün son matçında 32 xalla 3-4-cü pillələrdə qərarlaşan "Zirə" və "Sumqayıt" komandları qarşılaşacaq. Əvvəlki 22 oyunun 10-da paytaxt klubu, 6-da isə "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb. Topların fərqində də "Zirə" üstündür - 29:21.
"Zirə" 5 oyundur rəqibinə qalib gəlmir. Komandalar arasında son iki görüş heç-heçə başa çatıb.
Azərbaycan Premyer Liqası
XXIV tur
25 aprel (bazar)
17:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov,
Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
18:00. "Keşlə" –"Səbail"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov,
Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"ASK Arena"
19:15. "Sabah" – "Neftçi"
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov,
Vüqar Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Bank Respublika Arena"
20:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB