“Bavariya” “Maynts”a məğlub olub, “Ayntraxt” “Bayer”lə səfər oyunundan xalsız dönüb

“Bavariya” “Maynts”a məğlub olub, “Ayntraxt” “Bayer”lə səfər oyunundan xalsız dönüb

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Lider “Bavariya” bu turda “Maynts”ın qonağı olub və məğlubiyyətlə üzləşib. “Ayntraxt” da “Bayer”lə səfər qarşılaşmasından xalsız dönüb.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan Dortmund “Borussiya”sı isə bu turda çətin “Volfsburq” səfərinə yollanıb və inamlı qələbəyə sevinib.

Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.

Almaniya Bundesliqası

31-ci tur

23 aprel

Auqsburq – Köln 2:3

Qol: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.

24 aprel

Frayburq – Hoffenhaym 1:1

Qol: Qrifo, 81 – Kramariç, 40.

Maynts – Bavariya 2:1

Qol: Burkardt, 3. Kayson, 37 – Levandovski, 90+4.

Union Berlin – Verder 3:1

Qol: Pohjanpalo, 50; 53; 67 – Selassie, 82.

Volfsburq – Borussiya (Dortmund) 0:2

Qol: Haland, 12; 68.

Bayer – Ayntraxt 3:1

Qol: Beyli, 70. Alario, 80. Demirbay, 90+1 – A.Silva, 90+1.

25 aprel

17:30. Leypsiq - Ştutqart

20:00. Borussiya (Mönhenqladbax) - Arminiya

Bütün xəbərlər Facebook səhifəmizdə