“Parma” autsayderə uduzub, “Sassuolo” isə “Sampdoriya”nı məğlub yola salıb

“Parma” autsayderə uduzub, “Sassuolo” isə “Sampdoriya”nı məğlub yola salıb

Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında ötən tur lider “İnter”lə matçda xal qazanan “Spetsiya” “Cenoa”nın qonağı olub. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. “Parma” autsayder “Krotone”yə uduzub. “Sassuolo” isə “Sampdoriya”nı məğlub yola salıb.

İtaliya A Seriyası

33-cü tur

24 aprel

Cenoa – Spetsiya 2:0

Qol: Skamakka, 62. Şomurodov, 86.

Parma – Krotone 3:4

Qol: Hernani, 29. Jervinyo, 49. Mihaila, 54 – Maqallan, 14. Simi, 42; 69-pen. Unas, 45+1.

Sassuolo – Sampdoriya 1:0

Qol: Berardi, 69.

25 aprel

14:30 Benevento – Udineze

17:00 Fiorentina – Yuventus

17:00 İnter – Verona

20:00 Kalyari – Roma

22:45 Atalanta – Bolonya

26 aprel

20:30 Torino – Napoli

22:45 Latsio – Milan

Bütün xəbərlər Facebook səhifəmizdə