İngiltərə Premyer Liqasına qayıdan ikinci komandanın da adına aydınlıq gəlib

İngiltərə Premyer Liqasına qayıdan ikinci komandanın da adına aydınlıq gəlib

İngiltərənin “Uotford” klubu Premyer Liqaya qayıdır.

SİA xəbər verir ki, Çempionşipin 44-cü turunda “Miluoll”u 1:0 hesabı ilə məğıub edən komanda ən yaxın izləyicisi “Brentford”dan 10 xal uzaqlaşıb. Bununla da son 3 tur qalmış 2-ci olan "Uotford"un elitaya çıxması rəsmiləşib.

Bundan əvvəl “Norviç” də gələn mövsüm Premyer Liqada iştirak hüququ qazanıb.

Qeyd edək ki, "Uotford" 2019/20 mövsümündə Premyer Liqanı tərk etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə