Avropa çempionatının keçirəcəyi şəhərlərin sayı azaldı - RƏSMİ

UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı yekun qərarını açıqlayıb. SİA qurumun saytına istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin və İspaniyanın Bilbao şəhərləri oyunlara ev sahibliyi etməyəcəklər.

Almaniyanın Münhen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyi təsdiqlənib.

Bilbaodakı oyunlar Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda olacaq. Burada E qrupunun 3 matçı və 1/8 final mərhələsinin 1 oyunu gerçəkləşəcək. Stadionun 30 faizi azarkeşlərlə dolacaq.

E qrupunun digər 3 oyunu isə Dublindən alınaraq Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Burada gerçəkləşməli olan 1/8 final mərhələsinin bir gürüşü isə Londondakı "Uembli" stadionuna verilib.

Bununla təşkilatçı şəhərlərin sayını 12-də 11-ə enib. AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlər Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakıdır (Azərbaycan).

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə