“Napoli” “Latsio”nu darmadağınla yola salıb, "Atalanta" heç-heçə oynayıb

Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Ötən tur “Yuventus”u məğlub edən “Atalanta” bu dəfə “Roma”nın qonağı olub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Turun son matçında “Napoli” doğma meydanda “Latsio” ilə münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.

İtaliya A Seriyası

32-ci tur

20 aprel

Verona – Fiorentina 1:2

Qol: Salsedo, 72 – Vlahoviç, 45+2-pen. Kaseres, 65.

21 aprel

Milan – Sassuolo 1:2

Qol: H.Çalhanoğlu, 30 – Raspadori, 76; 83.

Cenoa – Benevento 2:2

Qol: Pandev, 11; 21 – Viola, 5. Lapadula, 15.

Bolonya – Torino 1:1

Qol: Barrov, 25 – Mandraqora, 58.

Krotone – Sampdoriya 0:1

Qol: Kvalyarella, 53.

Yuventus – Parma 3:1

Qol: A.Sandro, 43; 47. De Liqt, 68 – Bruqman, 25.

Spetsiya – İnter 1:1

Qol: Farrias, 12 – Perişiç, 39.

Udineze – Kalyari 0:1

Qol: J.Pedro, 55.

22 aprel

Roma – Atalanta 1:1

Qol: Kristante, 75 – Malinovski, 26.

Napoli – Latsio 5:2

Qol: İnsinye, 7; 53. Politano, 12. Mertens, 65. Osimhen, 80 – İmmobile, 70. Milinkoviç-Saviç, 74.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...