“Tottenhem” və “Mançester Siti” üç xal qazanıb

“Tottenhem” və “Mançester Siti” üç xal qazanıb

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

SİA xəbər verir ki, əvvəlcə “Tottenhem” 29-cu turdan təxirə salınmış oyunda “Sauthempton”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun London təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Lider “Mançester Siti” isə 32-ci tur çərçivəsində “Aston Villa”nın qonağı olub. Bu oyunda da qapılara üç qol vurulub. Sonda qələbəni “şəhərlilər” bayram ediblər.

İngiltərə Premyer Liqası

21 aprel

29-cu tur

Tottenhem – Sauthempton 2:1

Qol: Beyl, 60. Son, 90-pen – İnqs, 30.

32-ci tur

Aston Villa – Mançester Siti 1:2

Qol: Makqinn, 1 – Foden, 22. Rodri, 40.

Bütün xəbərlər Facebook səhifəmizdə