"Qarabağ" "Sumqayıt"la qolsuz bərabərə qalıb, "Zirə"dən vacib səfər qələbəsi

"Qarabağ" "Sumqayıt"la qolsuz bərabərə qalıb, "Zirə"dən vacib səfər qələbəsi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

SİA xəbər verir ki, yarımfinalın hər iki görüşü bu gün keçirilib. Əvvəlcə "Keşlə" "Zirə"ni qəbul edib və 1:2 hesabı ilə uduzub. Digər matçda isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub və qolsuz bərabərə qalıb.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları aprelin 29-u keçiriləcək.

21 aprel

“Sumqayıt” – “Qarabağ” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov
Kapital Bank Arena

“Keşlə” – “Zirə” - 1:2
Qollar: Sadio Tounkara, 45+2 (1:0), Rodriqo Bonqonqui, 57 (1:1), Nemanya Andelkoviç, 62 (1:2)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli
ASK Arena

Bütün xəbərlər Facebook səhifəmizdə