Stadnik Avropa çempionatının finalında!

Stadnik Avropa çempionatının finalında!
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb. SİA xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb Rəqibinə 10:4 hesabı ilə qalib gələn 2 qat dünya və 7 qat Avropa çempionu adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə