“Bavariya” və “Ayntraxt”dan ev qələbəsi

Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Açılış matçında “Köln” doğma meydanda “Leypsiq”i qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəni bayram ediblər.

Lider “Bavariya” bu turda “Bayer”i sınağa çəkib. Münhen təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. “Ayntraxt” da “Auqsburq”la ev oyununda 2 cavabsız qola sevinib. “Şalke” isə bu dəfə “Arminiya” ilə səfər oyununda xalsız qalıb.

Turun “Herta” – “Frayburq” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının çox olması səbəbindən təxirə salınıb.

Almaniya Bundesliqası

30-cu tur

20 aprel

Köln – Leypsiq 2:1

Qol: Hektor, 46; 60 – Haydara, 59.

Bavariya – Bayer 2:0

Qol: Şupo-Motinq, 7. Kimmix, 13.

Arminiya – Şalke 1:0

Qol: Klos, 50.

Ayntraxt – Auqsburq 2:0

Qol: Hinteregger, 37. A.Silva, 58.

21 aprel

22:30. Ştutqart – Volfsburq

22:30. Hoffenhaym – Borussiya (Mönhenqladbax)

22:30. Verder – Maynts

22:30. Borussiya (Dortmund) – Union Berlin

Bütün xəbərlər Facebook səhifəmizdə