Peresdən etiraf: - Pis yarış idi

Red Bull komandasının sürücüsü Serxio Peres pis yarış keçirdiyini qəbul edib. SİA-nın xəbərinə görə, meksikalı sürücü yarışa 2-ci yerdən başlasa da, əvvəlcə 10 saniyə cəzası aldığı üçün, restartdan sonra isə trasdan çıxdığı üçün gerilərə düşüb. Nəticədə 12-ci olan Peres yarışı xalsız başa vurub.

Serxio Peres: “Çox pis gün idi. Komandaya görə çox məyusam. Nəyin tərs getdiyini anlamaq istəyirəm. Belə hava şəraitində bolidin necə işlədiyini bilmirəm. İlk dövrələrdə təkərləri qızdırmaq vaxtımı aldı. Səhv elədim və bundan dərs çıxaracam. Bu gün ikinci olmalı idim.

Əvvəlcə çınqıllı sahəyə düşüb geri qayıtdım. Orada yerimi bərpa etdiyim üçün cəza verildi. Nəticədə trasın şəraiti pis idi. Mən stüardlardan tolerantlıq gözləyirdim.

Restartdan sonra isə yaş trayektoriyaya çıxdım və yerimdə fırlandım. Mənim səhvim idi. Bolidimiz Soft təkərlə aqressiv davranırdı. Orada etditim kiçik səhv mənə baha başa gəldi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə