"Biz - nə mən, nə də futbolçular bu barədə heç bir şey bilmirik" - Klopp Superliqa haqda

“Mənim Superliqaya münasibətim dəyişməyib. Bu barədə ilk dəfə dünən eşitdim. Çətin bir oyuna hazırlaşmağa çalışırdım. Bəzi məlumatlar əldə etdik, amma çox deyil".

SİA xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp "BBC"yə açıqlamasında deyib. "Liverpul"un da iştirak edəcəyini təsdiqlədiyi yeni yaradılan Avropa Superliqası haqda danışan almaniyalı mütəxəssis qeyd edib: "Çətindir. İnsanlar xoşbəxt deyil, bilirəm. Bu barədə çox şey deyə bilmərəm. Çünki oyunçular və mən bu prosesdə iştirak etmirik. Biz - nə mən, nə də futbolçular bu barədə heç bir şey bilmirik. Gəlin görək bunun axırı necə olacaq”.

Maraq üçün qeyd edək ki, Klopp 2019-cu ildə Superliqaya qarşı çıxmışdı. Onun həmin dövrdəki fikirlərini xatırladırıq: “Ümid edirəm Superliqa olmayacaq. Futbol Çempionlar Liqası və Avropa Liqası kimi əla bir məhsula sahibdir. Mənim üçün Çempionlar Liqası həmişə eyni rəqiblərə qarşı oynamadığınız Superliqadır. Niyə "Liverpul"un 10 il ardıcıl "Real"la oynayacağı bir sistem yaratmalıyıq? Bu yarışı kim izləmək istəyər?"

Bütün xəbərlər Facebook səhifəmizdə