Ramin Musayev: \"Ümidvaram ki, “Abşeron” gələn il Premyer Liqada öz sözünü deyən mübariz komanda kimi hamımızı sevindirəcək”
"Abşeron" özünün mükəmməl oyunuyla 1-ci Divizion çempionatına xüsusi rəng qatdı". Siasport.az saytı xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, klubun həyata keçirdiyi strategiyanın ən xoş sözlərə layiq olduğunu bildirib: "Yaşar Rüstəmova belə gözəl komanda formalaşdırdığına görə təşəkkürümü bildirirəm. Mirbağır İsayevi mən hələ "Neftçi"də çalışdığım dövrlərdən tanıyıram və onu Azərbaycanın gənc və istedadlı məşqçilərindən sayıram. "Abşeron"dakı fəaliyyətilə o bir daha ona göstərilən etimadı doğrultdu. Ümidvaram ki, "Abşeron" gələn il Azərbaycan Premyer Liqasında öz sözünü demək gücündə olan mübariz komanda kimi hamımızı sevindirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB