“Atletiko” darmadağına sevinib, “Real” səfər oyununda xal itirib

Bu gün İspaniya La Liqasında 33-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

Lider “Atletiko” bu turda doğma meydanda “Eybar”ı qəbul edib və darmadağına sevinib. Madridin digər təmsilçisi, liderin əsas izləyicisi “Real” isə “Xetafe” ilə səfər oyununda xal itkisi ilə üzləşib.

Avropa Liqasında yarımfinala yüksələn “Vilyarreal” çempionatda “Levante” səfərinə yollanıb və darmadağınla qalib gəlib. Dörd qolun qeydə alındığı “Betis” – “Valensiya” matçında qalib müəyyənləşməyib. “Real Sosyedad” isə “Sevilya”nı qəbul edib və məğlubiyyətlə üzləşib.

Bu tur keçirilməli olan “Barselona” – “Qranada” və “Atletik” – “Valyadolid” matçları təxirə salınıb.

İspaniya La Liqası
31-ci tur

18 aprel

Osasuna – Elçe 2:0

Qol: Barxa, 38. D.Qonsales, 68-öz qapısına.

Real Sosyedad – Sevilya 1:2

Qol: C.Fernandes, 5 – Fernando, 22. En Nesiri, 24.

Alaves – Hueska 1:0

Qol: Battalya, 85.

Atletiko – Eybar 5:0

Qol: Korrea, 42; 44. Karrasko, 49. Lyorente, 53; 68.

Betis – Valensiya 2:2

Qol: Fekir, 12. Kanales, 42 – Qedes, 22. Soler, 61.

Kadis – Selta 0:0

Xetafe – Real 0:0

Levante – Vilyarreal 1:5

Qol: Malsa, 21 – Poştiqo, 9-öz qapısına. Moreno, 13. Çukvueze, 63; 75. Vezo, 72-öz qapısına.

Bütün xəbərlər Facebook səhifəmizdə