Mükəmməl qol komandaya qələbə gətirmədi

Çempionlar Liqası 1/4 final revanşında Çelsi öz meydanında Portu qəbul etdi. Portuqaliyada 2-0 qazanan İngilislər, evdə 1-0 məğlub olmasına baxmayaraq adını yarımfinalda yazan komandadı. Matçın uzatma hissəsində möhtəşəm bir zərbə vuran ulduz oyunçu Mehdi Taremi komandasına qələbə qazandırsa da tur üçün yetərli olmayıb. Çelsinin yarımfinaldakı rəqibi turu Real (Madrid) - Liverpul matçından götürən komanda olacaq.

Çempionlar liqası həyəcanı dörddəbir final qisas matçları ilə davam edir. Ötən gecə keçirilən 2 qarşılaşma ilə yarımfinalçılar müəyyənləşdi. Çelsi Portunu, PSG isə Bayern Münihi mübarizədən kənarlaşdırdı.

Çelsi və Porto kozlarını Londonda paylaşdı. Portuqaliyada oynanan ilk matçda 2:0 qalib gələn İngiltərə komandası meydandakı matçda böyük üstünlüklə çıxıb. Sərt rəqabətin ilk yarısı qolsuz başa çatıb.

90 dəqiqə ərzində heç bir komanda bir çox fürsətdən yararlana bilmədiyi halda Mehdi Taremi 90+3-də səhnəyə çıxıb. Cərimə meydançasında mükəmməl cavab zərbəsi vuran Taremi komandasının 1:0-lıq qələbəsini təmin edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə