İndoneziyanın "Sulawesi" adasında 5.2 bal gücündə zəlzələ baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, adanın Şimali "Sulawesi" əyalətində səhər saatlarında 5.2 bal gücündə bir sarsıntı hiss edildiyi bildirilib. Yerdən 10 kilometr dərinlikdə baş verən zəlzələnin episentri Bitung şəhərindən 135 kilometr cənub-şərqdə təyin olunub.

Qeyd edək ki, zəlzələnin Bitung və Manado şəhərlərində hiss edildiyi və bu günə qədər insan itkisinin olmadığı bildirilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə