“Alanyaspor” və “Fənərbaxça”dan qələbə

“Alanyaspor” və “Fənərbaxça”dan qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 34-cü tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Kasımpaşa” - “Yeni Malatyaspor” oyunlarında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Alanyaspor” – “Dənizlispor” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” isə bu turda “Qaziantep”i qəbul edib. Dörd qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası

34-cü tur

10 aprel

Hatayspor – Göztəpə 2:3

Qol: Diuf, 64; 90 – Yahoviç, 30; 38; 78.

Rizəspor – Trabzonspor 0:0

Qalatasaray – Fatih Karagümrük 1:1

Qol: Babel, 62 – Ndao, 60.

11 aprel

Sivasspor – Konyaspor 3:1

Qol: Yatabare, 27. Kayode, 68. R.Yalçın, 88-pen – Bütüqi, 54.

Ankaragücü – Gənclərbirliyi 2:1

Qol: E.Güral, 66. A.Kızıldağ, 70-öz qapısına – Stanku, 76.

Kayserispor – Antalyaspor 0:1

Qol: Naldo, 45.

Ərzurumspor – Beşiktaş 2:4

Qol: Şvexlen, 16. Bassan, 39 – Larin, 10. O.Özyakup, 26. Gezzal, 66. G.Töre, 86.

12 aprel

Kasımpaşa – Yeni Malatyaspor 0:0

Alanyaspor – Dənizlispor 3:2

Qol: B.Kutlu, 54. E.Bekiroğlu, 68. M.Pektemek, 88 – Bakalorz, 27. Tuşa, 51.

Fənərbaxça – Qaziantep 3:1

Qol: M.Yandaş, 56. Valensiya, 71. S.Gümüş, 90+5 – Maksim, 66.

Bütün xəbərlər Facebook səhifəmizdə