Kaxaber Sxadadze: \"Biz çox güclü komandaya qarşı mübarizə aparacağıq\"
NBC Bank Azərbaycan kubokunun final oyunundan öncə təşkil olunmuş mətbuat konfransında iştirak edən "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze KİV nümayəndələrinin suallarını cavablandırıb. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "İstənilən final vacib oyundur. Bizim üçün isə bu oyun ikiqat vacibdir. Bu oyuna tam gücümüzlə hazırlaşırıq, özümüzü ən yaxşı tərəfdən göstərib uğur qazanmaq istəyirik. Üç dəfə finala çıxsaq da, hər üçündə məğlub olmuşuq. Bu sindromu sındırmağa çalışacağıq. Biz çox güclü komandaya qarşı mübarizə aparacağıq, "Xəzər Lənkəran"ın futbolçuları peşəkarlıq baxımdan çox yaxşı komplektləşib. Bu, finaldır, iki komandadan hansı oyuna daha yaxşı hazır olsa, o da qalib gələcək. Hər iki komanda finala layiqdir. Azarkeşlərə söz verirəm ki, çox maraqlı oyun olacaq. Bütün diqqətimizi sabahkı oyuna yönəltmişik. Avrokuboklara düşə bilməsək çox məyus olacağıq. Bu mövsüm də artıq 4 dəfə qarşılaşmışıq, 3:1 hesabı ilə məğlub olduğumuz oyundakı 20 dəqiqəni hesaba almasaq, "Xəzər Lənkəran"a qarşı bütün oyunlarda yaxşı oynamışıq. Baxmayaraq ki, "Xəzər Lənkəran" Avroliqaya vəsiqəni təmin edib, bu, final oyunudur. Hər bir futbolçu titul qazanmağa cəhd etməlidir. "Xəzər Lənkəran" futbolçularında da bu həvəs olacaq. Final oyunu həmişə əsəb oyunudur. Lakin 10 dəqiqədən sonra artıq özünə gəlmək olar. Emosiyalar da olacaq, lakin bu emosiyaları düzgün yönləndirmək lazımdır. Çalışmaq lazımdır ki, yaratdığımız çoxlu qol imkanlarından fərqlənə bilək. Ümumiyyətlə, həm müdafiədə, həm də hücumda etibarlı oynamalıyıq. Komandamız heç bir halda ikinci rolda olmayacaq. Oyunboyu tempi dəyişməyə çalışacağıq. Finalda oynayan bütün komandalar kimi biz də əlavə vaxta və penalti seriyasına hazırlaşırıq. Fikrimcə, penalti-lotereyadır. Branimir Subaşiçin alınması ilə əlaqədar söhbətlər qeyri-dəqiqdir. Bir çox futbolçular nəzərimiz də olsa da, hələ ki, heç bir futbolçu ilə rəsmi anlaşmamışıq. Bütün fikrimizi kubokun finalına yönəltmişik. Ötən mövsüm transfer bazarında uğursuzluq yaşadıq. Bu məsələyə daha diqqətlə yanaşacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB