Sayokan Döyüş Sənəti üzrə Ümumrespublika Seminarı başa çatdı - FOTO

Sayokan Döyüş Sənəti üzrə Ümumrespublika Seminarı başa çatdı - FOTO

22 may 2010-cu il tarixində Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin bütün məşqçi, köməkçi və hakimləri Sumqayıt şəhərində Paralimpia İdman Kompleksində Ümumrespublika seminarında toplanıb. Seminarda Bakının, Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal filialarından, eləcə də Sumqayıt, Xaçmaz, Füzuli və Beyləqandan 37 nəfər məşqçi-təlimatçı iştirak edirdi.

Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazov SİA-ya açıqlamasında təşkilat olaraq hər il daha da böyüdüklərini, çəkdikləri əziyyətin bəhrə verdiyini deyib: "Biz çalışırıq ki, məşqçilərimiz, hakimlərimiz, aparıcı mütəxəssislərimiz ən qabaqcıl, əxlaqlı, ədalətli, mədəniyyətli və savadlı olsun. Məhz bu seminarlar istər zona səviyyəsində istərsə də respublika səviyyəsində davamlı olaraq keçirilir. Biz bunu sistemli bir hala salmışıq. Bu seminarların nəticəsində real görünür. Sayokan döyüş sənəti ölkəmizdə sürətlə boyüməkdədir. Bu seminarlar vasitəsilə biz Sayokanın ölkəmizdə inkişafını təmin edirik. Qarşıda Azərbaycanda Beynəlxalq Seminarın keçirilməsi də nəzərdə tutulur ki, bu da bizim ümumi işimizə yeni bir töhfə verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə