Taktiki cəhətdən “Barselona” güclü idi

“Barselona”nın keçmiş baş məşqçisi Lyus van Qaal son “El Klasiko”nun nəticəsindən məyus olduğunu dilə gətirib: “Ürəyim sındı, çünki Barselonanın taktiki cəhətdən daha yaxşı oynadığını, “Real Madrid”dən daha cəlbedici futbol oynadığını düşünürəm. İlk hissədə topun 69-31 faiz “Barselona”nın lehinə olduğunu göstərmək kifayətdir. “Real Madrid” əks hücumdan qol vurdu ki, bu da onun oyun tərzlərinin göstəricisidir. Bu, sadədir. “Barselona” ikinci hissədə müdafiəçini kənarlaşdıraraq onun əvəzinə oyuna hücumçu qataraq oyunu daha da canlandırdı. “Real Madrid”in oyunu isə eyni olaraq qaldı”.

Lyus van Qaala daha sonra deyib: “Mən Real Madrid”in oyununu ağıllı oyun adlandırmazdım. Çünki bu ağıllı oyun deyildi, hiyləgər oyun idi. Bunlar iki fərqli şey olsalar da, çox pisdir. Yəni tamaşaçıları əyləndirə bilmirsən. “Real Madrid”in bəxtindən isə bu oyunda tribunalarda heç kim yox idi”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə