“Atletiko” “Betis” səfərində xal itirib, “Vilyarreal” evdə “Osasuna”ya uduzub

Futbol üzrə İspaniya La Liqasında 30-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Vilyarreal” evdə “Osasuna”ya, “Valyadolid” isə “Qranada”ya uduzub. Dörd qolun qeydə alındığı “Valensiya” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib.

Lider “Atletiko” bu turda çətin “Betis” səfərinə yollanıb. Madrid təmsilçisi bu görüşdən xal itkisi ilə ayrılıb.

Turun son matçında “Sevilya” səfərdə “Selta”nın qonağı olacaq.

İspaniya La Liqası

30-cu tur

9 aprel

Hueska – Elçe 3:1

Qol: Mir, 3; 88-pen. Ramires, 30 – Vavro, 4-öz qapısına.

10 aprel

Xetafe – Kadis 0:1

Qol: Kopovi, 64-öz qapısına.

Atletik – Alaves 0:0

Eybar – Levante 0:1

Qol: De Frutos, 45+2.

Real – Barselona 2:1

Qol: Benzema, 13. Kroos, 28 – Minquesa, 60.

11 aprel

Vilyarreal – Osasuna 1:2

Qol: Qarsiya, 70 – Monkayola, 64. Budimir, 74.

Valensiya – Real Sosyedad 2:2

Qol: Vass, 60-pen. Paulista, 73 – Gevara, 33. İsak, 45.

Valyadolid – Qranada 1:2

Qol: Orelyana, 41-pen – Molina, 78. Kini, 86.

Betis – Atletiko 1:1

Qol: Tello, 20 – Karrasko, 5.

12 aprel

23:00 Selta – Sevilya

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...