Bu gün “Julius Baer Challengers Chess Tour”un son turları keçiriləcək

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı "Julius Baer Challengers Chess Tour" turnirinin son turları keçiriləcək. SİA xəbər verir ki, bu gün şahmatçımız daha 4 turda mübarizə aparacaq. Belə ki, o, 16-cı tur çərçivəsində ilk qarşılaşmasını çinli Çju Tszinerə qarşı keçirəcək. Şahmatçımız 17-ci turda hindistanlı Nihal Sarin, son iki turda isə belaruslu Olqa Badelka və Çinin daha bir təmsilçisi Ley Tintse ilə mübarizə aparacaq.

Qeyd edək ki, G.Məmmədzadə ötən 15 oyundan 4,5 xal toplayıb.

Turnirdə hər komandada 10 şahmatçı olmaqla, iki komanda yarışır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə