“Milan” səfərdə “Parma” üzərində inamlı qələbə qazanıb, “Udineze” “Torino”ya uduzub

Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Spetsiya” autsayder “Krotone”ni sınağa çəkib və çətin qələbəyə sevinib.

“Milan” səfərdə “Parma” ilə qarşılaşmadan inamlı qələbə ilə ayrılıb.

“Udineze” isə doğma meydanda “Torino”ya minimal hesabla uduzub.

İtaliya A Seriyası

30-cu tur

10 aprel

Spetsiya – Krotone 3:2

Qol: Verde, 63. Maggiore, 89. Erliç, 90+2 – Djidji, 40. Simi, 78.

Parma – Milan 1:3

Qol: Qaqlyolo, 66 – Rebiç, 8. Kessye, 44. Rafael Leao, 90+4.

Udineze – Torino 0:1

Qol: Belotti, 61-pen.

11 aprel

14:30 İnter – Kalyari

17:00 Yuventus – Cenoa

17:00 Sampdoriya – Napoli

17:00 Verona – Latsio

20:00 Roma – Bolonya

22:45 Fiorentina – Atalanta

12 aprel

22:45 Benevento – Sassuolo

Bütün xəbərlər Facebook səhifəmizdə