Turnirin ən güclü komandalarından biri olan "Manchester United" səfərdə "Granada"nı 2:0 məğlub edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 31-ci dəqiqədə Markus Raşford, 90-cı dəqiqədə Bruno Fernandes 11 metrlik cərimə zərbəsindən qol vuraraq İngilis komandasına qələbə qazandırıb.
İtaliya təmsilçisi Roma geridə qaldıqları oyunda Ajaxı 2:1 məğlub edib. Hollandiya komandası isə 39-cu dəqiqədə "Davy Klaassen" ilə liderliyi ələ alıb, lakin Roma 57-ci dəqiqədə "Lorenzo Pellegrin"-i, 87-ci dəqiqədə "Roger Ibanez"in qolları ilə qalib gəlib.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB