“Bavariya” ilə matç PSJ-nin futbolçusu Mbappe üçün əlamətdar olub

“Bavariya” ilə matç PSJ-nin futbolçusu Mbappe üçün əlamətdar olub

Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə matç PSJ-nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu görüşdə dubl etməklə turnirin pley-off mərhələlərindəki qollarının sayını 13-ə çatdırıb. Bununla da o, Tyeri Anrini (12 qol) geridə qoyub.

Həmçinin Mbappe bu mövsüm Çempionlar Liqasında 8 qol vurmaqla turnirin 1 mövsümündə ən çox qol vuran 3 fransız futbolçudan biri olub. Daha əvvəl bu nəticəyə çatan oyunçular Uissam Ben Yedder və David Terezequetdir.

Qeyd edək ki, Mbappe bu mövsüm 38 matçda 32 qol vurub və 9 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə