Mövsümün əvvəlində “PAOK”dan Fənərbaxçaya transfer olunan Dimitris Pelkas, bu mövsüm 33 oyunda 8 qol vuraraq, öz dəyərini qaldırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fənərbaxçaya transfer zamanı bazar dəyəri 2,5 milyon avro olan yunan ulduzu indi 6 milyon avro olub. Fənərbaxçadakı möhtəşəm çıxışından sonra, Avropanın yüksək liqalarından Pelkas üçün təkliflər gəlməyə başlayıb.
Qeyd edək ki, daha əvvəl Pelkas üçün 7 milyon avro təklifi ilə Fənərbaxçanın qapısını döyən Rubin Kazan, bu təklifi 10 milyon avroya qaldırıb. Rus klubu rəsmiləri ilə görüşdə 15 milyon avrodan aşağı güzəşt etməyən Fənərbaxça, "mövsümün sonunda görüşək" cavabını verib.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB