FİFA nümayəndələri Azərbaycanda stadionlara baxış keçirdilər - FOTOREPORTAJ

FİFA nümayəndələri Azərbaycanda stadionlara baxış keçirdilər - FOTOREPORTAJ
FİFA-nın Oyun Meydançaları Proqramının meneceri Stüart Larman və FİFA-nın təbii ot örtüyü üzrə məsləhətçisi Stefan Baker mayın 17-dən 22-dək Azərbaycanda səfərdə olublar. Siasport.az saytı xəbər verir ki, FİFA nümayəndələri səfər proqramı çərçivəsində 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatında istifadəsi nəzərdə tutulan stadionların və məşq meydançalarının inspeksiyasını keçiriblər. Təbii ot örtüklü meydançalardan torpaq və ot nümunələri götürülüb. Həmçinin istifadə olunan avadanlıqlara baxış keçirilib. Aparılan testlər və analizlərə əsasən U-17 qızlar arasında DÇ-2012-də istifadə ediləcək stadion və məşq meydançalarının hər birinə yaxşı qulluq olunmasına dair xüsusi təlimatlar hazırlanacaq.

Qeyd edək ki, bu ilin oktyabr ayında, Bakı şəhərində FİFA mütəxəssislərinin iştirakı ilə stadionların ot örtüyünə qulluq edən şəxslər üçün nəzəri-praktiki seminarın təşkil olunması nəzərdə tutulub.






Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com