“Beşiktaş” səfərdən xalsız döndü

“Beşiktaş” səfərdən xalsız döndü

Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.

“Ərzurumspor” doğma meydanda “Konyaspor”a, “Alanyaspor” isə “Gənclərbirliyi”nə uduzub. “Ankaragücü” – “Antalyaspor” matçında meydan sahibləri minimal hesabla üstün olublar. “Başakşəhər” isə “Yeni Malatyaspor”la oyunda qələbə qazanıb.

Lider “Beşiktaş” da “Kasımpaşa”nın qonağı olub. İstanbul təmsilçisi səfər oyunundan xalsız dönüb.

Xal itkisinə baxmayaraq, “Beşiktaş” (30 oyun) 64 xalla liderliyini davam etdirir. 31 oyun keçirən “Qalatasaray” 61 xalla 2-cidir. “Fənərbaxça” (30 oyun) 59 xalla 3-cüdür. "Kasımpaşa" isə 34 xalla 14-cüdür.

Türkiyə Super Liqası

32-ci tur

3 aprel

Kayserispor – Göztəpə 1:1

Qol: İ.Parlak, 26 – Yahoviç, 48.

Rizəspor – Fatih Karagümrük 0:0

Sivasspor – Trabzonspor 0:0

Hatayspor – Qalatasaray 3:0

Qol: Diuf, 21; 72. Ribeyro, 29.

4 aprel

Ərzurumspor – Konyaspor 1:2

Qol: Da Kosta, 15 – Miloşeviç, 9. A.Bardakçı, 44.

Alanyaspor – Gənclərbirliyi 1:2

Qol: B.Kutlu, 37 – Yohansson, 8. Stanku, 82.

Ankaragücü – Antalyaspor 1:0

Qol: Borven, 83.

Başakşəhər – Yeni Malatyaspor 3:1

Qol: T.Cigerci, 26. O.Şahiner, 87. Aleksiç, 90+1 – A.Büyük, 71.

Kasımpaşa – Beşiktaş 1:0

Qol: A.Kara, 19.

5 aprel

20:00 Fənərbaxça – Dənizlispor

Bütün xəbərlər Facebook səhifəmizdə