"Real Sosyedad" tarixində üçüncü dəfə İspaniya Kubokunun qalibi olub

"Real Sosyedad" tarixində üçüncü dəfə İspaniya Kubokunun qalibi olub
Bu gün Sevilya şəhərinin Olimpiya stadionunda İspaniya Kubokunun final oyunu keçirilib. SİA-nın məlumatına görə, final qarşılaşmasında "Real Sosyedad" klubu "Atletik Bilbao" klubunu minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolu penalti zərbəsindən Mikel Oyarsabal vurub. Beləliklə, "Real Sosyedad" tarixində üçüncü dəfə İspaniya Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə