"Məqsədimizə yaxınıq, cəmi 3 qələbə qaldı" - Pep Qvardiola

"Məqsədimizə yaxınıq, cəmi 3 qələbə qaldı" - Pep Qvardiola
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola konandasının oyunu barədə danışıb. SİA "BBC"-yə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "Lester"lə matçdan (2:0) sonra açıqlamasında deyib: "Futbolçularıma inanıram. Onlar qarşılıqlı anlaşma ilə əla işlər görürlər. Bizim üçün Premyer Liqanı qazanmaqdan daha yaxşı bir şey yoxdur. Turnir 11 ay davam edir. Məqsədimizə yaxınıq, cəmi 3 qələbə qaldı". Qeyd edək ki, "Mançester Siti" turnir cədvəlində 74 xalla vahid liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə