PSJ "Lill"ə məğlub olub, “Monako” doğma meydanda darmadağına sevinib

PSJ "Lill"ə məğlub olub, “Monako” doğma meydanda darmadağına sevinib

Futbol üzrə Fransa Liqa 1-də 31-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Açılış matçında “Monako” doğma meydanda “Mets”lə qarşılaşıb və darmadağına sevinib.

Turun mərkəzi görüşü Parisdə keçirilib. Burada lider PSJ eyni xalla 2-ci sırada qərarlaşan “Lill”i qəbul edib. Qonaqlar bu oyunda minimal hesabla qalib gəliblər. Turnir cədvəlinin 3-cüsü “Lion”un rəqibi isə “Lans” olub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Fransa Liqa 1

31-ci tur

3 aprel

Monako – Mets 4:0

Qol: Fabreqas, 50. Folland, 52. Ben Yedder, 77; 89.

PSJ – Lill 0:1

Qol: David, 20.

Lans – Lion 1:1

Qol: Klauss, 65 – Paketa, 81.

4 aprel

15:00 Anje – Monpelye

17:00 Bordo – Strasburq

17:00 Loryan – Brest

17:00 Nant – Nitsa

17:00 Reyms – Renn

19:05 Nim – Sent-Etyen

23:00 Marsel – Dijon

Bütün xəbərlər Facebook səhifəmizdə