“Arsenal” doğma meydanda “Liverpul”a uduzub, "Çelsi" autsayderə məğlub olub

“Arsenal” doğma meydanda “Liverpul”a uduzub, "Çelsi" autsayderə məğlub olub

Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında “Çelsi” doğma meydanda autsayder “Vest Bromviç”i qəbul edib. “Zadəganlar” Tomas Tuxelin gəlişindən bəri ilk dəfə məğlubiyyətlə üzləşiblər. Lider “Mançester Siti” bu turda çətin “Lester” səfərinə yollanıb və inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Arsenal” və “Liverpul” komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

İngiltərə Premyer Liqası

30-cu tur

3 aprel

Çelsi – Vest Bromviç 2:5

Qol: Pulişiç, 27. Mount, 71 – M.Pereyra, 45+2; 45+4. Robinson, 63; 90+1. Diaqne, 68.

Lids – Şeffild Yunayted 2:1

Qol: Harrison, 12. Jaqielka, 49-öz qapısına – Osborn, 45+2.

Lester – Mançester Siti 0:2

Qol: B.Mendi, 58. Q.Jezus, 74.

Arsenal – Liverpul 0:3

Qol: Jota, 64; 82. Salah, 68.

4 aprel

15:00 Sauthempton – Bernli

17:05 Nyukasl – Tottenhem

19:30 Aston Villa – Fulhem

22:30 Mançester Yunayted – Brayton

5 aprel

21:00 Everton – Kristal Pelas

23:15 Vulverhempton – Vest Hem

Bütün xəbərlər Facebook səhifəmizdə