“Bavariya” ən yaxın izləyicisini məğlub edib, "Borussiya"dan ev məğlubiyyəti

“Bavariya” ən yaxın izləyicisini məğlub edib, "Borussiya"dan ev məğlubiyyəti

Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Turnir cədvəlinin 5-ci pilləsində yer alan Dortmund “Borussiya”sı bu turda Frankfurt “Ayntraxt”ının müqavimətini qırmağa çalışıb. Lakin üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb. “Volfsburq” “Köln”lə, autsayder “Şalke” isə “Bayer”lə qarşılaşıb. Bu oyunlarda qələbəni meydan sahibləri bayram ediblər.

Turun mərkəzi görüşündə lider “Bavariya” ən yaxın izləyicisi “Leyptsiq”in qonağı olub. Münhen klubunda hücumçu Robert Levandovski zədə səbəbindən bu görüşü buraxsa da, komandası minimal heabla qalib gəlməyi bacarıb.

Almaniya Bundesliqası

27-ci tur

3 aprel

Ayqsburq – Hoffenhaym 2:1

Qol: Varqas, 8. Han, 23 – Skov, 86.

Bayer – Şalke 2:1

Qol: Alario, 26. Şik, 72 – Huntelar, 81.

Borussiya (Dortmund) – Ayntraxt 1:2

Qol: Hummels, 45 – Şults, 11-öz qapısına. A.Silva, 87.

Maynts – Arminiya 1:1

Qol: Brosinski, 56 – Voqlzammer, 76.

Volfsburq – Köln 1:0

Qol: Brekalo, 69.

Leyptsiq – Bavariya 0:1

Qol: Qoretska, 38.

Borussiya (Mönhenqladbax) – Frayburq 2:1

Qol: Turam, 53; 60 – Sallai, 10.

4 aprel

17:30 Ştutqart – Verder

20:00 Yunion – Herta

Bütün xəbərlər Facebook səhifəmizdə