\"Fənərbaxça\" çempion oldu

TürkiyəSuperliqasının 53-cü çempionu \"Fənərbaxça\" olub. Siasport.az saytı xəbər verir ki, 79 xala malik olan \"Fənərbaxça\" və\"Trabzonspor\" mövsümün son oyunlarına çıxıblar.

Çempionluq \"Sivasspor\" - \"Fənərbaxça\" və\"Kardemir Karabükspor\" - \"Trabzonspor\" matçından sonra dəqiqləşib. Çempionluğa namizəd komandaların gözləri öz matçlarında, qulaqları isərəqiblərin mübarizəsindəolub.

Beləki, \"Fənərbaxça\" rəqibini 3:4 hesabı ilən yenərək, 18-ci çempionluğunu rəsmiləşdirib. 4:0 hesablı qələbəyəsevinən \"Trabzonspor\" isədünən \"Fənərbaxça\"nın qələbəqazanmaması üçün dua etsədə, duaları qəbul olmayıb. 2005-2006 illər mövsümündəvəkeçən il son həftədəməyus olan \"Fənərbaxça\" bu dəfəeyni səhvəyol verməyib. \"Trabzonspor\"un isə27 illik həsrətəson qoyaraq kuboku başı üzərinəqaldırmaq istəyi puça çıxıb.

TürkiyəSuperliqası

22 may

\"Sivasspor\" : \"Fənərbaxça\" 3:4

\"Karabükspor\" - \"Trabzonspor\" 0:4

Bütün xəbərlər Facebook səhifəmizdə