İspaniya ilə Kosova arasında milli futbol komandalarının oyunu zamanı ölkədəki rəsmi yayımçı olan kanal, Kosovanın qısaltmasını "kos" olaraq kiçik hərflərlə yazıb. Kosovanı tanımayan ölkələrin blokundakı İspaniyada baş verənləri böyük bir hörmətsizlik kimi qiymətləndiriblər.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2022 Dünya Kuboku Seçmə B qrupunun üçüncü həftəsində İspaniya Kosovanı 3:1 məğlub edərək liderliyini davam etdirib. Sevilla Olimpiya Stadionunda oynanan qarşılaşma zamanı və ondan əvvəl baş verənlər oyuna damğa vurub. İspaniya futbol təşkilatçıları hökumətin tanımadığı Kosova komandasının adını "kos" yazmaqla kifayətlənib.
Qeyd edək ki, keçmiş "Fənərbaxça"lı Vedat Muricinin də forma geyindiyi Kosova yığmasına olan bu hörmətsizlik futbol azarkeşləri tərəfindən tənqid olunub.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB