Barselona"nın maliyyə vəziyyətinin gözləniləndən daha pis olduğu ortaya çıxıb
Barselona"nın yeni rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı daxili yoxlama aparıb.
SİA Kataloniyanın "Esport3" kanalına istinadən xəbər verir ki, klubun maliyyə vəziyyətinin gözləniləndən daha pis olduğu ortaya çıxıb.
Belə ki, nəticələrə əsasən, bu mövsüm üçün itkilər 350 milyon avro təşkil edə bilər və "Barselona" 2022/23 mövsümündən tez pul qazanmayacaq.
Bu qiymətləndirmə Lionel Messinin komandada qalacağı və klubun yeni bir hücumçu alacağı ehtimalına əsaslanır .
Buna baxmayaraq, "Barsa"nın yeni icraçı direktoru Ferran Reverter klubun iqtisadi baxımdan rəqabət qabiliyyətini itirmədən iqtisadi böhrandan çıxa biləcəyinə əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB