Kriştiano Ronaldo daha bir uğura imza atıb

Kriştiano Ronaldo daha bir uğura imza atıb

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo daha bir uğura imza atıb.

SİA xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla görüşdə (3:1) fərqlənməklə bunu bacarıb. Bununla da o, yığmanın heyətində ardıcl 18 il qol vurur O, millidə dübüt etdiyi vaxtdan bəri hər il yığmanın heyətində ən az 1 qol vurmağı bacarıb.

Ronaldo millidə ilk qolunu 2004-cü ildə vurub. Oyunçu yığmada ən çox 2019-cu ildə fərqlənib. O, 10 matçda 14 qol vurub.

Qeyd edək ki, Ronaldo Portuqaliya millisinin heyətində ümumilikdə 173 matçda 103 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə