Dünyanın ən yaxşısı olmağı bacaran futbolçuların sirri nədir? -Araşdırma
Ən yaxşı futbol liqalarında oynamaq həm istedad, həm də yüksək fiziki imkan tələb edir. Bu səbəbdən peşəkar bir futbolçunun 30 yaşından sonra karyerasının son hissəsinə çatdığı düşünülür. Bununla birlikdə, son illərdə hazırlanan məşq, qidalanma və fiziki inkişaf proqramları sayəsində, 35, hətta 40 yaşından yuxarı yaşlı futbolçuların sayı getdikcə artır. Kristiano Ronaldo, Zlatan İbrahimoviç və Thiago Silva kimi 35 yaşını ötən oyunçular, dünyanın ən yaxşıları arasında olmağa davam edərək futbol karyeralarına davam edirlər.
Bəs bu uğur hekayələrini mümkün edən əsas səbəblər nədir?
35 yaşlı Ronaldo hələ də dünyanın ən yaxşısı olmaq üçün yarışır. Portuqaliyalı Kriştiano Ronaldonun tezliklə 36 yaşı olmasına baxmayaraq, əzəli rəqibi Lionel Messi ilə yenə də dünyanın ən yaxşı iki oyunçusundan biri sayılır. "Yuventus" komandası ilə İtaliyanın A Seriyasında yer alan Ronaldo, son 15 ildə etdiyi sıx iş proqramları ilə qeyri-adi performansını nizamlı həyat tərzinə borcludur. Ronaldo "Yuventus"a keçən zaman 33 yaşı var idi, lakin sağlamlıq yoxlamaları zamanı bioloji yaşının 20 yaşlı futbolçunun yaşına bərabər olduğu müəyyən edilib. Ronaldo bildirib ki,"Futbol mövsümü heç vaxt mənim üçün bitmir" və eyni zamanda həm klubda, həm də evdə tez-tez idman proqramlarını izlədiyini deyib.
2018-ci ildə Men's Journal-a danışan Ronaldo, "Fiziki imkanlarımdan tam istifadə etmək gücünə sahib olmaq üçün işimi hər zaman davam etdirirəm. Meydanda olmadığım zaman idman salonunda kardio məşqləri edirəm və əzələ artırıram" dedi. İdman jurnalistləri bu illər ərzində Ronaldonun oyun tərzinin də dəyişdiyini diqqətə çatdırdılar.İndi karyerasının ilk hissəsində olduğu kimi sürətli qaçan bir futbolçudan çox komandada oynayan qol indeksli Ronaldo var. Portuqaliyalı oyunçu, bəlkə də daha az qaçaraq komandasına daha çox kömək etməyi öyrənib.
Digər tərəfdən, futbol tarixinin ən istedadlı oyunçuları kimi göstərilən Maradona və Ronaldinyo kimi adların şəxsi həyatındakı problemlərin futbol karyerasını necə əks etdirdiyindən bəhs olunub. Digər tərəfdən, futbol tarixinin ən istedadlı oyunçuları kimi göstərilən Maradona və Ronaldinyo kimi adların şəxsi həyatındakı problemlərin futbol karyerasını necə əks etdirdiyindən bəhs olunub.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB