Məhəmməd Salah: "Ən çox əziyyət çəkən bizik"

Məhəmməd Salah: "Ən çox əziyyət çəkən bizik"

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/4 finalında "Real"la keçirəcəkləri oyundan danışıb. "Marca" xəbər verir ki, 28 yaşlı hücumçu qarşılaşmanın azarkeşsiz keçirilməsinə görə ən çox "mersisaydlılar"ın əziyyət çəkəcəyini deyib.

"Səfərdə oynamaq bizim üçün daha çətin olacaq. Düşünürəm ki, hər kəs eyni şeyi deyərdi. Azarkeşlər tribunada olmayanda çox şey itiririk. Fikrimcə, biz onların yoxluğundan digər komandalardan daha çox əziyyət çəkirik".

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü aprelin 6-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə